Bazar, 28 Aprel

Şirvanda qəribə olay: Falçıya inanan qadın 125 min manat itirdi

image

Əri ilə münasibətlərini düzəltmək məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.

Məlumata görə, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.

İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.

Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib. O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib. Nəcibə onunla razılaşıb. İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib. Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib. Bütün işlərin üstü də bundan sonra açılıb.

Araşdırma nəticəsində G.Qasımova həbs edilib. İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır. Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb. Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39