Şənbə, 27 Aprel

ABŞ Putini izləmək üçün proqram yaratdı

image

ABŞ-ın kəşfiyyat orqanları ilə əlaqəli “PlanetRisk” kiçik startap şirkəti insanların, o cümlədən dünya liderlərinin mobil telefonlarının məlumatlarından istifadə edərək onların yerini izləməyə imkan verən proqram hazırlayıb.

Xəbər verilir ki, bu barədə “Wired” nəşri jurnalist Bayron Taunun fevralın 27-də nəşr olunan “Nəzarət alətləri” adlı kibatına istinadla məlumat yayıb.

Məlumata görə, xidmət üzərində iş İT mütəxəssisi Mayk Yiqlinin 2016-cı ildə “PlanetRisk”ə qoşulmasından sonra başlayıb.

“O, kəşfiyyatçılar üçün də daxil olmaqla, bir neçə təqdimat keçirib. Yiqli quraşdırılmış proqramların smartfon sahibləri haqqında hansı məlumatları toplamasından və icazəsiz şəxslərin nəyə giriş əldə edə biləcəyindən danışıb.

Əpl və Quqldan olan hər bir smartfon sahibinə “anonim” reklam identifikatoru təyin olunur ki, bu da həmin şəxsin hara getdiyini, internetdə nə etdiyini və hansı proqramları quraşdırdığını izləmək üçün istifadə edilə bilər.

Proqram Yiqlinin 10 yaşlı qızının təklifi ilə “Locomotive” (ərazi və motiv sözlərinin birləşməsi) adlandırılıb. Proqramın yaradılması 600 min dollara başa gəlib və Pentaqon tərəfindən maliyyələşdirilib”, - məlumatda qeyd olunub.

Nəşr yazıb ki, “Locomotive” ilkin olaraq Suriyadakı vəziyyəti, o cümlədən İŞİD terrorçularını və onların yeni üzvlər cəlb etmək cəhdlərini izləmək üçün istifadə edilib. Lakin zaman keçdikcə tərtibatçılar başa düşüblər ki, proqram həm də ölkə liderlərinin və onların ətrafındakı insanların hərəkətlərini izləməyə imkan verir.

Məqalədə deyilir ki, “PlanetRisk” Vladimir Putini əhatə edən sürücülərə, təhlükəsizlik işçilərinə, köməkçilərinə və digər personala aid cihazları da izləməyə çalışıb.

Qeyd edək ki, Vladimir Putin 2021-ci ildə verdiyi açıqlamasında mobil telefon işlətmədiyini demişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39