Şənbə, 27 Aprel

Zelenski Səudiyyə Ərəbistanına getdi

image

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Xəbər verilir ki, bu barədə Zelenski şəxsi “Telegram” kanalında yazıb.

“Mən Səudiyyə Ərəbistanına Əlahəzrət Vəliəhd Şahzadə Məhəmməd bin Salman Əl-Səudi ilə müntəzəm dialoqumuzu davam etdirmək üçün gəldim”, – Zelenski yazıb.

Ukrayna prezidentinin sözlərinə görə, səfər zamanı əsas mövzu “Sülh formulu” olacaq.

“Keçən il Ciddədə onun reallaşması ilə bağlı məsləhətçilər səviyyəsində səmərəli görüş keçirdik. İndi biz ilk sülh sammitinin keçirilməsinə yaxınlaşırıq və ümid edirik ki, Səudiyyə Ərəbistanından aktiv dəstək davam edəcək”, – Zelenski yazıb.

Onun sözlərinə görə, hərbi əsirlərin və qeyri-qanuni deportasiya olunmuş şəxslərin geri qaytarılması məsələsinin də müzakirəsi nəzərdə tutulub. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri və Səudiyyə Ərəbistanının Ukraynanın yenidən qurulmasında iştirakı da müzakirə olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39