Şənbə, 27 Aprel

Marketlərdə “böyük” endirim - AÇIQLAMA

image

Bayram günləri, həftə sonları ən diqqət çəkən marketinq olayı, heç şübhəsiz ki, endirim kampaniyalarıdır. Həmin ərəfədə demək olar ki, hər marketin sosial şəbəkə hesablarında “endirim” sözünə rast gəlmək mümkündür.

Lakin endirimlərin nə qədər sərfəli olduğu mübahisəli məqamdır. Belə ki, əvvəllər məhsullara 2-3 manat aralığında endirimlər edilsə də, son bir ildə endirim məbləği qəpik-quruş olur.

Bəs görəsən, bu nə ilə bağlıdır?

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, endirim məbləğinin azalmasının səbəbkarı həm malı gətirən şirkətlər, həm də marketlərin özləridir:

“Onlar hər ikisi daha çox qazanmaq lazım olduğu fikrindədirlər. Əvvəllər marketlərin alternativləri var idi. Xırda mağazalar olanda iri marketlər müştəriləri cəlb etməyə ehtiyac duyurdular və endirim kampaniyası edirdilər. Amma indi Bakı şəhərində kiçik mağazalar demək olar ki, sıradan çıxarılıb. Belə olan halda, vəziyyət bu yerə gəlib çatır. Bu məsələ inhisarçılığa bağlıdır. Güzəşt kampaniyaları, endirimlər cəlbediciliyi artırmaq üçündür. İndi isə kimisə cəlb etməyə ehtiyac yoxdur, onsuz da hər kəs bazarlığı iri marketlərdən edir.

Bir müddət sonra endirim kampaniyalarını ümumiyyətlə etməyəcəklər, marketlər aldadıcı reklamlar, yalançı endirimlərlə görüntü yaradacaqlar”.

İqtisadçı qeyd edib ki, iri marketlər hər hansı ərzaq məhsulunun ucuzlaşdığını iddia etsə də, əslində həmin məhsul ucuzlaşmır. Onlar statistikada ucuzlaşma görüntüsü yaradırlar:

“Marketlər bu cür kampaniyalar etməyə məcbur olacaqlar, bunda hökumətin də tələbi var. Məsələn, bu günlərdə elan olundu ki, kərə yağının gömrük qiyməti 9 manatdır, amma 17-18 manata satılır.

Ümumiyyətlə, dünya bazarında son 3 ildir ki, ərzaq məhsulları dəyər itirib, qiyməti ucuzlaşıb. Amma Azərbaycanda son 3 ildə məhsullar nəinki ucuzlaşıb, əksinə, bahalaşıb.

Kərə yağlarında ucuzlaşmanın olduğu deyilir, əslində isə ucuzlaşma yoxdur, ucuzlaşma fonu yaradılıb. Ucuzlaşan yağlar palma yağlarıdır, hansı ki, onlara bəzi qatqılar vurularaq “kərə yağı” halına gətirilib və satılır. Həmin yağlar da ucuz satılır, bu gün marketlərdə 3 manat 60 qəpiyə, 5 manata kərə yağları var. Digər tərəfdə isə 17-18 manata Zellandiya yağı satılır. Əslində ucuz olan kərə yağı deyil, sadəcə kərə yağının görüntüsüdür. Statistikada isə bu elə təsir bağışlayır ki, guya son bir ildə kərə yağı 8 faiz ucuzlaşıb”.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39