Bazar ertəsi, 29 Aprel

Moskvadan Paşinyan qərarı: 5 minlik rus əsgərinə “hazır ol” əmri

image

Rusiya-Ermənistan gərginliyi bölgə üçün fərqli bir situasiya vəd edir. Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya arxa çevirib bütün ümidlərini Fransaya bağlayırsa, bunu nəticələrini də düşünməlidir. Sadəcə olaraq bu günə kimi Fransanın kimin dərdinə əlac tapa bilməsi reallığını da yaddan çıxarmaq olmaz.

Xəbər verilir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, İrəvanın davranışlarına Moskvadan cavab nə qədər gec verilsə, daha sərfəli situasiya yarana bilər:

“Fransanın indiki halda Ermənistanın təhlükəsizliyinə necə və hansı şəraitdə qarantiya rolunda çıxış edəcəyi müəmmalıdır. Çünki Fransa bölgədə mövcud deyil. Amma bunun əksinə olan reallıqlar mövcuddur. Hazırda Ermənistanda Rusiyanın 5 min nəfərlik kontigenti olan hərbi bazası var. Gümrüdə olan hərbçilər, hərbi hava qüvvələri Rusiyaya tabedir. Eyni zamanda Ermənistan sərhədlərini 4 min Rusiya sərhədçisi qoruyur. Agentura şəbəkəsinin sayını isə qeyd etməyə ehtiyac yoxdur”.

Millət vəkili bildirib ki, Ermənistana 100-200 nəfərlik fransız polisi gətirməklə onların bölgədə mövcudluğunu təmin etmək mümkün deyil:

“Vaxtilə Rusiya Ermənistana ən təhlükəli silahları vermiş, “İskəndər” raketlərini yerləşdirmişdi. Fransa isə indi Ermənistana gecəgörmə cihazları verməklə nəyəsə nail olmaq istəyir”.

Rasim Musabəyov Ermənistanın son davranışları fonunda sülhə zərbə vurmaq ehtimallarını dəyərləndirib:

“Paşinyan bununla heç nəyə nail ola bilməyəcək. Bütün bunlara baxmayaraq onun davranışları Azərbaycanın qarşısında duran məqsədlərə çatmağa maneə törətmir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55