Bazar ertəsi, 15 Aprel

Kamil Zeynallı Ermənistana təhvil veriləcək? - Açıqlandı

image

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. Bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib. Kamil Zeynallı video müraciət edərək dövlət qurumlarından yardım istəyib. O, Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib. İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib. Bəs görəsən hüquqi baxımdan Kamil Zeynallı Ermənistana təhvil verilə bilərmi?

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan öz vətəndaşlarının hüquqi müdafiəsini təmin edir: 

“İstənilən bir ölkə beynəlxalq axtarış sistemi ilə hansısa bir vətəndaşı hüquqi əsaslarla axtarışa verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında hər hansı bir diplomatik münasibətlər mövcud deyil və hər iki ölkə bir-birinin vətəndaşlarını yalnız müharibə cinayətlərində ittiham etməklə onlara qarşı beynəlxalq axtarışa verərək bununla bağlı müraciət edə bilər. İndiki halda müəyyən etmək lazımdır ki, vətəndaşımız Kamil Zeynallı hansı əsasla axtarışa verilib və bu axtarışın hüquqi əsası nədir. Onun Rusiya Federasiyasında saxlanılaraq Ermənistan Respublikasına verilməsi ilə bağlı ilk öncə Azərbaycanın Rusiyadakı səfirliyi müdaxilə etməlidir. Azərbaycan Repsublikası Konstitusiyasının 53-cü maddəsinin 3-cü hissəsinə görə Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarımızın hüquqi müdafiəsini təmin etməyə borcludur. Əlbəttə, bu ilk öncə Rusiyada olan Azərbaycan səfirliyi vasitəsi ilə mümkündür”. 

Hüquqşünas vurğulayıb ki, Kamil Zeynallı Ermənistana verilərsə, bu, ciddi qanun pozuntusu sayılacaq:

“Qeyd edim ki, Azərbaycan və Rusiya arasında hüquqi yardımlaşma haqqında müqavilələr mövcuddur. Bu məsələdə beynəlxalq hüququn norma və prinsipləri işə düşəcək. Azərbaycan dövləti mütləq şəkildə Kamil Zeynallının Ermənistana verilməməsi ilə bağlı müraciət ünvanlamalı və həmin şəxsin Rusiya Federasiyasında qalmasını təmin etməlidir. Eyni zamanda Kamil Zeynallının düşmən ölkəyə verilməsi bizim ratifikasiya etdiyimiz “Avropa İnsan Haqları haqqında” konvensiyasının müddəlarının da pozulması olacaq. Kamil Zeynallının həyatına ciddi təhlükə mövcuddur və “Avropa İnsan Haqları” konvensiyasının 2, 5 və 6-cı maddələri kobud şəkildə pozulur”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14