Bazar ertəsi, 29 Aprel

Peskov: Putinin bu qətldə əli olduğunu demək...

image

Navalnının ölümündə Putinin əli olması ilə bağlı iddialar tamamilə əsassızdır.

Xəbər verilir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Yuliya Navalnayanın ərinin ölümündə əli olması ilə bağlı Rusiya Prezidentinə qarşı ittihamları şərh etməkdən imtina edib:

“Bunlar Rusiya dövlət başçısına qarşı tamamilə əsassız, boşboğaz ittihamlarıdır, lakin Yuliya Navalnayanın dul qaldığını nəzərə alsaq, bunu şərhsiz buraxacağam”.

Kremlin sözçüsü bildirib ki, Navalnayanın siyasətçinin cəsədinin hansısa zəhərin izlərini gizlətmək istəyinə görə qohumlarına verilməməsi ilə bağlı dediyi sözlərlə tanış deyil:

“Amma belə sözlər olubsa, yenə də bunlar əsassız ittihamlardan başqa bir şey deyil. Çünki onları heç nə dəstəkləmir, təsdiq etmir”.

O əlavə edib ki, Putin Navalnayanın ərinin işini davam etdirməyi planlaşdırdığına dair müraciətini də görməyib​.

Peskovun sözlərinə görə, Rusiya AB-nin Navalnının ölümü ilə bağlı beynəlxalq araşdırma aparmaq tələblərini qəbul etmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39