Bazar, 28 Aprel

Müğənni Aysun İsmayılova ailə qurduğunu AÇIQLADI - FOTO

image

Müğənni Aysun İsmayılova ailə qurduğunu açıqlayıb.

Xəbər verilir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib.

Aysun nikahdan görüntülər paylaşaraq vəkil sevgilisi ilə münasibətlərini rəsmiləşdirdiyini bildirib.

“Şəxsi həyatımla gündəmə gəlmək istəmirdim. Bir neçə ay öncə ailə həyatı qurmağıma baxmayaraq, paylaşım etməmişdim. Lakin çoxlu sayda sual verildiyindən bu xoşbəxtliyimi bütün sevənlərimlə Sevgililər Günündə bölüşmək istədim. Xoşbəxtlik sakitliyi sevir”, - deyə Aysun paylaşımında bildirib.

Qeyd edək ki, müsahibələrindən birində Aysun İsmayılova həyat yoldaşının ondan 10 yaş böyük olduğunu qeyd edib. Bir müddət öncə isə müğənni Rəqsanə İsmayılova verilişlərin birində qızına dörd gün toy edəcəyini açıqlamışdı:
“Aysun etdiyi səhvi təkrarlamaz. Ona deyirdim ki, dörd gün toy edəcəyəm, təki sən ikinci dəfə ailə qur, elə bir toy edəcəyəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu, mənim arzumdur”.

Xatırladaq ki, Aysun İsmayılova 2022-ci ilin iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın beşində ayrılıb. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi idi. Belə ki, Eşqin daha öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39