Bazar ertəsi, 29 Aprel

Zibil qutularını gəzən pensiyaçı milyonçu oldu: 700 min avroya 10-cu evini aldı  

image

Darmstadtdan olan 80 yaşlı pensiyaçı Heinz B. uzun illər zibil qutularını gəzməklə buradan yığdığı pulla öz biznesini qurub.

Xəbər verilir ki, Heinz bu yaxınlarda 700 min avro yığıb və onunla onuncu evini alıb. Mənizllərin hamısı bir-birinin yaxınlığıında yerləşir.

Keçmiş elektrik mühəndisi olan Heinz tək yaşayır və 3600 avro pensiya alır. O,  yemək, geyim və tətil də daxil olmaqla, hər şeyə qənaət edir. Qışda zibillikdən çıxan odun tullantıları ilə evi qızdırır. Onun mobil telefonu yoxdur. Yeganə əsas xərci “YouTube”da biznes mühazirələrinə baxmaq üçün noutbuk və internetə çıxışdır.

“Qənaətlə yaşayıram, mən belə böyümüşəm! Yeməyə ayda 5 avro belə xərcləmirəm. Yeməklərimin çoxu zibil qutusundandır. İnsanlar israfçıdırlar və bütün ailəni doyuracaq qədər qida tullayırar”, – deyə o qeyd edib.

Heinzin biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Təqaüdçü deyir ki, bu, əmanətləri inflyasiyadan xilas etməyin ən yaxşı yoludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55