Şənbə, 27 Aprel

Nokia 17 ədəd yeni telefonla gəlir

image

HMD Global şirkəti hələ bir neçə müddət bundan öncə elan etdi ki, o öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq.

Xəbər verilir ki, şirkət hətta bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində iştirakını da anons edib. Gözləntilərə əsasən şirkət öz brendi altında hazırlamış olduğu ilk smartfonları məhz MWC 2024 sərgisi çərçivəsində təqdim edəcək. Bir neçə gün bundan öncə isə şirkət rəsmi şəkildə elan etdi ki, o, Nokia brendi altında mobil cihazların hazırlanmasını da davam etdirəcək.

Məlum olub ki, şirkət bu il ərzində Nokia brendi altında 17 ədəd yeni mobil cihazı təqdim edəcək. Onların kataloq nömrələri IMEI məlumatlar bazasında ortaya çıxıblar. Lakin bu il üçün nəzərdə tutulmuş Nokia mobil cihazları arasında hansıların smartfon hansıların isə adi düyməli mobil telefon olacaqları aydın deyil. Nəzərdə tutulmuş 17 ədəd mobil cihazın yalnız düyməli mobil telefonlar olacaqları halda Nokia-nın smartfonlar bazarından getməsini bir fakt kimi qəbul etmək olar. Qeyd etmək lazımdır ki, HMD Global şirkəti Nokia brendinin lisenziyasına 2026-cı ilə qədər sahib olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39