Şənbə, 24 Fevral

Sülhməramlılar Qarabağdan çıxarılır? - Danışıqların tarixləri razılaşdırılır

image

Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.

Xəbər verilir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, – o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb.

Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:

“Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya ABŞ-yə nota göndərdi

  • 23.02.2024 - 11:20
image

Dani Alveşə hökm oxundu

  • 22.02.2024 - 12:30
image

İsrail Dəməşqi vurur

  • 21.02.2024 - 13:14
image

Sabah rayonlara qar yağacaq

  • 21.02.2024 - 11:25
image

Tokayev Rusiyaya gedir

  • 20.02.2024 - 21:30