Bazar, 28 Aprel

“Beşiktaş” 1/4 finala vəsiqə qazandı

image

Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Xəbər verilir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

“Beşiktaş” səfərdə “Antalyaspor”la üz-üzə gəlib. Qarşılaşma İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Zymer Bytyqi açıb. Cekson Muleka isə 71-ci və 88-ci dəqiqələrdə fərqlənərək, dubl edib.

Günün digər oyununda “Trabzonspor” səfərdə “Gənclərbirliyi”nə 2:1 hesabı ilə qalib gələrək adını növbəti tura yazdırıb.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray”, “Fatih Karagümrük”, “Ankaragücü”, “Konyaspor”, “İstanbul Başakşehir” və “Fənərbağça” komandaları adlarını 1/4 finala yazdırıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39