Bazar, 28 Aprel

Böyüklü-kiçikli hamı yoluxur: Ölkədə tüğyan edən virus nədir? 

image

“Son günlər əhali arasında kəskin qrip, qızdırma halları müşahidə olunur. Bu respirator infeksiyaların səbəbi həm qrip adlandırdığımız influenza virusu, eyni zamanda koronavirus, RSV virusu ola bilər”. 

Bu sözləri açıqlamasında  həkim-infeksionist Vasif Əliyev bildirib. Onun sözlərinə görə, hər kəs xəstəlik dövrünü fərqli formada keçirir: 

“Məlum olduğu kimi, bir müddətdir ki, ölkədə qızılca virusu da tüğyan edir. Bu xəstəliyi də qızdırma müşaiyət edir. Ümumi olaraq, insanlar arasında bütün bu viruslar qrip adlanır. Ancaq virusların növləri fərqlidir. Koronavirus infeksiyasından sonra insanlar arasında bu cür viruslarla mübarizədə zəiflik yaranıb deməzdim. Çünki hər kəs xəstəliyi fərqli şəkildə keçirir. Bu ağır formada, yaxud yüngül olaraq da təzahür edə bilər. Məsələ bundadır ki, həmin xəstəliklərə qarşı insanlarda immunitet formalaşmır. Davamlı müqavimət yaranmadığına görə də tez-tez xəstələnirik. Daha əvvəl alınan müalicələr də buna təsir göstərir. Həmçinin, yanaşı xəstəlikləri olan insanlar da ağır formada qrip olurlar”. 

Həkim insanlara viruslardan qorunmaq üçün belə tövsiyə verib:

“Bütün respirator infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək, ara məsafəni gözləmək, maska taxmaq mütləqdir. Bundan əlavə onu qeyd edim ki, qrip, qızılca, koronavirus və digər yoluxucu xəstəliklərdən qorunmaq üçün ən doğru yol peyvənd olunmaqdır. Vaksinasiyadan keçən insanlar bu tip xəstəliklərlə mübarizədə güclü müqavimət göstərə və yüngül formada xəstələnə bilirlər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39