Bazar ertəsi, 29 Aprel

Vaşinqtonun “Patriot” üçün S-400 BLEFİ: “Yunanıstana F-35 satır, ancaq Türkiyəyə F-16-ları belə...”

image

“Türkiyəyə müasir hava hücumundan müdafiə sistemlərini əldə etmək çox lazımdır”.

Bu fikirləri ABŞ-ın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satılması üçün Vaşinqtonun Ankaradan S-400 komplekslərindən imtina etmək tələbinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmo açıqlamasında deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, ABŞ müasir silahların satılması planında Türkiyəyə qarşı yenə də oyun oynayır:

“ABŞ bununla Türkiyəyə təzyiqləri davam etdirmək istəyir. Yunanıstana F-35 satır, ancaq Türkiyəyə modernləşdirilmiş F-16 təyyarələrini belə satmaqdan boyun qaçırırdı. Baxmayaraq ki, Türkiyə sifariş etdiyi F-35-lərin pulunu tam şəkildə ödəyib. Nə o təyyarələri, nə də pulu geri qaytarırlar.

ABŞ oyun oynamazadan əvvəl öz addımlarına baxmalıdır. Türkiyə S-400-ləri F-35-lərə görə almadı. Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq istəsə də, ABŞ buna razılıq vermədi. Belə bir şəraitdə Türkiyə kimi ölkənin hava məkanı müdafiəsiz qala bilməzdi. Ona görə də, Türkiyə Rusiyadan S-400 komplekslərini aldı.

Ancaq ABŞ öz oyununu yenə davam etdirir və ində də şərt qoyur ki, S-400-ləri ya geri qaytarın, ya da silahlanmadan çıxarın, yalnız bundan sonra F-35 məsləsində anlaşaq. Bəs o zaman Türkiyənin hava hücumundan müdafiəsi necə təmin olunacaq?

Biz bilirik ki, Türkiyənin hava hücumundan müdafiəsini, əsasən, F-16-lar həyata keçirir. Türkiyənin yerüstü hava hücumundan müdafiə sistemləri o qədər də effektli deyil. Bu səbəbdən, Türkiyəyə müasir hava hücumundan müdafiə sistemlərini əldə etmək çox lazımdır. Fikrimcə, ABŞ “Patriot” sistemlərini satmayana qədər Türkiyə S-400-lərdən imtina etməyəcək. Doğru olan da budur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55