Şənbə, 27 Aprel

Əhalinin DİQQƏTİNƏ! Qaz sayğacları BU HALLARDA əlavə pul yazır

image

Havaların soyuması, soyuq qış ayları evləri isitmək problemini gündəmə gətirir. Paytaxtda, eləcə də bölgələrdə əhalinin çoxu evini qaz sobaları ilə qızdırır. Lakin qaz sobalarının istifadəsindən sonra müxtəlif problemlər meydana çıxır, hətta insanlar ölüm təhlükəsi ilə üz-üzə qalırlar. İnsanlar çox zaman ucuz olduğu üçün qeyri-standart sobalardan istifadəyə üstünlük verir.

Bəs bu sobaların nə kimi mənfi cəhətləri var?

Xəbər verilir ki, mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, qaz cihazları quraşdırılan zaman, onların keyfiyyət sertifikatlarının olmasına xüsusi diqqət yetirmək lazımdır.

“Bu sertifikatları sobaların satıldığı yerlərdən almaq mümkündür. Vətəndaş istənilən avadanlığı alarkən onun pasportunun olub-olmamasına xüsusi diqqət yetirməlidir. Vətəndaşın sertifikatlı soba alması təhlükəsizliyin tam təminatı demək deyil. Sobaları aldıqdan sonra, onun quraşdırılacağı məkanla uyğunluğu yoxlanılmalıdır. Tüstü bacalarının mövcudluğu təhlükəsizliyin təminatı hesab olunur”.

Ekspert bildirib ki, hələ də kustar üsulla quraşdırılmış tüstü bacalarına rast gəlmək olur.

“Tüstü bacası olmayan evlərdə qaz sobaları quraşdırılmamalıdır. Bu bacalar divarın içərisindən çıxarılmalı və damdan 10 metr hündürlükdə olmalıdır. Normal tüstü bacasının olmaması, pəncərələrdən kustar üsulla çıxarılan tüstü bacaları dəm qazına səbəb olur. Qaz sobaları qaz sərfiyyatını da artırır. Saatlıq qaz sərfiyyatının miqdarı pasportun göstəricilərinə uyğun olur. Lakin pasportu olmayan qaz sobalarında bu göstərici gözlənilmir. Bu isə maliyyə itkisinə və qaz sərfiyyatına səbəb olur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39