Bazar, 28 Aprel

“Uşaqlarınızda bu əlamətlər varsa...” - Həkimdən XƏBƏRDARLIQ

image

Səhiyyə Nazirliyi Azərbaycanda Hepatit A virusuna yoluxan uşaqların yaş qrupunu açıqlayıb. Məlumata görə, 5-14 yaş qrupu uşaqlar "Hepatit A" virusuna daha çox yoluxur.

Məsələ barədə danışan infeksionist Ləman Qalimova xəstəliklə bağlı bəzi detalları açıqlayıb: 

"Sarılıq xəstəliyi "Hepatit A" virusunun törətdiyi bir xəstəlikdir. Uşaqlarda halsızlıq, iştahsızlıq, saralma kimi şikatlər olur, bu da dizinfeksiya qaydalarına riayət olunmamış sulardan, təmiz su ilə yuyulmamış qidalardan keçir. Valideynlər simptomları müşahidə etdikdə mütləq həkimə müraciət etməlidir".

İnfeksionist bildirib ki, digər viruslarla mübarizədə olduğu kimi burada da vaksinasiya mütləqdir:

"Hepatit A"nın qarşısının alınması üçün vaksinasiya mütləqdir. Həm böyüklər, həm uşaqlar vaksinasiya ola bilərlər. Milli peyvənd təqvimi uşaqlar üçün mövcuddur. Bu yolla valideynlər övladlarını qoruya bilərlər. Hal hazırda sarılıq olan xəstələrin artışı müşahidə olunur".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39