Şənbə, 27 Aprel

Bir neçə saniyə ərzində öldürür: Bu qaydalara əməl etməsəniz...

image

Son günlər dəm qazından boğulma və ölüm hadisələrinin sayı xeyli artıb. Hər gün 1, bəzən 2 nəfərin dəm qazının qurbanı olduğunu görürük. Təəssüf ki, qış fəsli başlayandan bəri bu cür bədbəxt hadisələr tez-tez baş verir. Bəs görəsən insanlar dəm qazından qorunmaq üçün hansı tədbirləri görməlidir? 

Mövzu ilə bağlıdanışan təhlüksizlik məsələləri üzrə ekspert Orxan Musayev hadisələrin səbəbini qaz istismarı və təhlükəsizlik qaydalarına düzgün əməl olunmamasında görür. 

“Qış mövsümünün gəlişi ilə əlaqədar, dəm qazından zəhərlənmə və qaz sızıntısı nəticəsində partlayış hallarının sayı çoxalmaqdadır. Bunun səbəbi qaz istismarı, təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması, kustar üsulla düzəldilmiş nasaz vəziyyətdə olan qaz cihazlarının istifadə olunmasıdır. Karbon-monoksid kimyəvi birləşməsi olan dəm qazı iyisiz, dadsız və rəngsiz olduğuna görə insan tərəfindən xüsusi bacarıqla aşkarlanması qeyri mümkündür. İnsana bir neçə saniyə ərzində öldürücü təsir göstərmə gücünə malikdir. Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün bir neçə sadə qaydalar vardır ki, onlara əməl olunması dəm qazından zəhərlənmə hallarının qarşısının alınması üçün kifayətdir. İlk öncə tikinti norma və qaydalarına əməl olunmalıdır. Qaz cihazlarının quraşdırılması zamanı beynəlxalq normalara, standartlara əsaslanaraq işlər aparılmalıdır. Hamamlarda nəfəsliklər olmalıdır. 

Ekspert bildirib ki, qaz cihazları qətiyyən hamam otaqlarında quraşdırılmamalıdır.  

“Dəm qazından zəhərlənmə halları əsasən hamamlarda baş verir. Qaz cihazları hamam otağında quraşdırılmamalıdır. Qapılarda 4-5 ədəd dəlik açılmalıdır və hava dövretməlidir. Havasız məkanlarda dəm qazının yayılması ehtimalı daha yüksəkdir. Tüstü bacaları ildə 2 dəfədən az olmayaraq texniki müayinədən keçirilməlidir. Mətbəxlərdə qaz cihazları quraşdırılıbsa hündürlük 2.2 metrdən aşağı olmamalıdır. Beynəlxalq praktikada dəm qazının vaxtında aşkarlanması üçün mənzillərdə və obyektlərdə xüsusi detektorlar quraşdırılır. Hər hansı sızıntı olarsa həmin detektor dərhal işə düşür və siqnal verərək insanı məlumatlandırır. Hazırda bu detektorların satışı ölkəmizdə pərakəndə şəkildə həyata keçirilir. Lakin bu cihazların satışı ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilməli, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xüsusi nəzarət olunmalı və detektorların quraşdırılması könüllü əsaslarla deyil, icbari qaydada həyata keçirilməlidir. Əgər qaz detektorlarının istifadəsi icbari qaydada aparılarsa, dəm qazından ölüm halları minimuma endirilə bilər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39