Bazar, 28 Aprel

ADA-ya 696 balla qəbul olan tələbə faciəli şəkildə öldü (YENİLƏNİB)

image

Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

Xəbər verilir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb.

Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

*** 10:24

ADA-nın tələbəsi dəm qazından boğulub.

Xəbər verilir ki, 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39