Bazar, 28 Aprel

Ruhaninin martdakı seçkilərdə iştirakına icazə verilmədi

image

İranın Müşahidə Şurası (parlamentdən sonra ali qanunverici orqan) ölkənin keçmiş Prezidenti Həsən Ruhaniyə Ekspertlər Şurasına keçiriləcək seçkilərdə iştirak etməyə icazə verməyib.

Xəbər verilir ki, bu barədə məlumatı “Fars” agentliyi yayıb.

“Həsən Ruhaninin ofisi sabiq prezidentin Ekspertlər Şurasına seçkilərdən kənarlaşdırıldığını açıqlayıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Ekspertlər Şurasına seçkilər mart ayında keçiriləcək. Sözügedən qurum ölkənin ali liderini vəzifəsindən uzaqlaşdıra və yaxud təyin edə bilər. 88 üzvdən ibarət olan şura İranda ali hakimiyyət orqanlarının, əsasən də parlament və hökumətin fəaliyyətinə nəzarət edir.

Qeyd edək ki, 75 yaşlı H.Ruhani 2013-2021-ci illərdə İranın prezidenti olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39