Bazar ertəsi, 29 Aprel

ÜST-ün “daha ölümcül virus gəlir” iddiasına reaksiyalar

image

Politoloq hesab edir ki, bu, qlobalistlərin dünya əhalisini müəyyən səviyyəyə qədər məhv etmək barədə bəyanatıdır; həkimlər isə bildirir ki...

Yanvarın 15-də öz işinə başlayan növbəti Ümumdünya Davos Forumunun gündəliyinə yeni və sirli pandemiyanın müzakirəsi də daxil edilib. Epidemiya və ya pandemiyaya səbəb ola biləcək “X xəstəliyi” - naməlum patogenin nəzəri adı belədir. Bu barədə Dünya İqtisadi Forumunun (WEF, World Economic Forum) saytında deyilir.

Ümumdünya Səhiyyə Təşkilatına (UST) görə, COVİD-19-dan 20 dəfə çox ölümə səbəb ola biləcək yeni və naməlum patogenə təcili uyğunlaşmaq, peyvənd və ya müalicə metodunun hazırlanmasına sürətlə başlamaq üçün indidən hazırlaşmaq lazımdır. Həmçinin qeyd edilir ki, WEF Səhiyyə və Tibb Mərkəzi bu sahədə gender fərqinin azaldılması da daxil olmaqla, bütün dünyada səhiyyənin nəticələrini yaxşılaşdırmağa çalışır. 

“Davosda planlaşdırılan "X xəstəliyi" müzakirəsi qlobalistlərin dünya əhalisini məhv etmək planlarına dair bəyanatıdır." Bunu MDB Ölkələri İnstitutunun aparıcı elmi işçisi Aleksandr Dudçak deyib: “Bu, növbəti epidemiya zamanı əziyyət çəkə biləcək bəşəriyyət üçün narahatlıq deyil, falçılıq deyil. Bu, qlobalistlərin planları - Yer planetinin əhalisini onlara uyğun gələn müəyyən səviyyəyə qədər məhv etmək barədə bəyanatıdır”.

Onun sözlərinə görə, panelin elanı qlobalistlərin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan hazır virusa və satışa çıxarılan hazır vaksinlərə malik olduğunu deməyə əsas verir. “Onlar nəinki sağalacaq, həm də onlarla peyvənd olunanların həyatı boyu əlavə ağırlaşmaları olacaq. Bu, sadəcə olaraq, yaxın planlar haqqında bəyanatdır. Onlar bir daha suverenlikdən məhrum olan və nəzarət altında olan dövlətlərin davranış modelini işləyəcəklər”, - Dudçak qeyd edib.

Ekspert əlavə edib ki, yeni virusun yayılmasında məqsəd rəqəmsal konsentrasiya düşərgəsi yaratmaq, insanları bir-birindən ayırmaq, distant təhsil və distant rabitəni tətbiq etməkdir: “Əgər bu insanlar bunu deyirlərsə, biz bunu çox ciddi qəbul etməliyik. Xoşbəxtlikdən Rusiyanın suverenliyi var və bu problemləri təkbaşına həll edə bilər”.

Bu nə sirli virusdur belə, təxminlər varmı? Doğrudanmı koronavirsudan qat-qat qorxulu olacaq? Bəs həkimlər bu barədə nə düşünür?

Oxu.az - “Koronavirus heç vaxt bitməyəcək, bizimlə birlikdə olacaq” -  AÇIQLAMA + FOTO

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı dedi ki, bu yeni məsələ deyil, 2018-2019-cu illərdə də belə bir məlumat var idi: “Sadəcə olaraq, koronavirusdan sonra daha çox gündəmə gəldi və daha da artdı. "X xəstəliyi"nin törədicisi məlum deyil. Virus olacaq, ya bakteriya olacaq, göbələklər olacaq, bilinmir. Çox güman ki, törədicisi virus olacaq. Bu, gələcəyin problemidir. Yəni yaxınlarda belə bir virus olacaq deyə bir şey yoxdur. Sadəcə olaraq, ÜST istəyir ki, dünya buna hazırlıqlı olsun. Təsəvvür edin ki, hazırlıqsız olarıqsa, koronavirusdan 20 dəfə daha yüksək yoluxucu və  öldürücü xəstəlik olarsa, bunun nəticəsi çox pis ola bilər. ÜST indidən dünya ölkələrinin hazırlıqlı olmasını istəyir, çünki COVİD-19 virusu meydana çıxdığı kimi başqa bir virus da yarana bilər. Bu zaman dünya daha aciz qalmasın deyə buna hazırlıqlı olmalıdır. Bu, əslində ciddi məsələdir. Onlar istəyirlər ki, bu məsələ gündəmdə olsun. Amma gələcəkdə belə bir xəstəliyin olma ehtimalından bəhs olunur. Dəqiq olacaq deyə bir fakt da yoxdur. Bilmirəm, onlar bunu necə hesablayırlar. Səhv etmirəmsə, onların proqramı var, ÜST bu proqram vasitəsilə belə bir problemin olma ehtimalını irəli sürür”.     

Adil Qeybulla ADR-dən istefa verdi - GlobalInfo.az

Adil Qeybull

Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla da qəzetimizə fikirlərini açıqladı. O dedi ki, hələ 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən amillərdən biri kimi müxtəlif xəstəlikləri, o cümlədən qripin qarşıda pandemiya olacağını nəzərdə tuturdu və bunu təhdid amili kimi nəzərə alırdı: “Sonra COVİD-19 pandemiyası oldu. Mütəmadi olaraq Afrikada qızdırmalar baş verir. Bundan qabaq dünyada taunun, təbii çiçəyin, sarı qızdırmanın, vəbanın müxtəlif pandemiyalarının olub, kütləvi insan tələfatı ilə nəticələnib. Təhlükəli infeksiyaların istənilən an baş verməsi, bunun nəticəsində yaranan pandemiyalardan söhbət gedir. Ona görə adı X-dır. Yəni məchul. Bunlardan hər hansı biri baş verə bilər. Yaxud nəzərdə tutulmayan, misal üçün, koronavirus kimi virus ortaya çıxa bilər. Biz bunlara hazır olmalıyıq. ÜST xəbərdar edir ki, bu cür situasiyalarda vaxtında vaksin hazırlamaq, profilaktik tədbirlər görmək, dünya əhalisini qorumaq üçün maksimum tədbirlər görülməlidir. Söhbət bundan gedir. Biz heç nədən arxayınlaşmamalıyıq. Xüsusilə də qlobal istiləşmə ilə bağlı ayrı-ayrı virusların fəallaşması, insanın immun sisteminin dəyişməsi, onun təlatümlərinin baş verməsi, bütün bunlar hamısı yeni-yeni situasiyalar yaradır ki, bu da hansısa qorxulu, məchul bir infeksiyanın ortaya çıxmasını şərtləndirir”.   

Rusiyalı tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov da Lenta.ru-ya açıqlamasında deyib ki, dünya ictimaiyyətini ölümcül "X xəstəliyi"nə hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək. O, Dünya İqtisadi Forumunda aparılan bu mövzunun müzakirəsinin mahiyyətini açıqlayıb: “Gələcəkdə pandemiyaya səbəb ola biləcək patogenlərin siyahısı var. Bu o demək deyil ki, onlar mütləq buna səbəb olacaqlar, lakin onların pandemiyaya səbəb olmaq potensialı var və əvvəllər pandemiyaya səbəb olmayıblar. Kifayət qədər bir neçə belə infeksiya var, bunların sayı ondan çoxdur. Onlar mütəxəssislərin "radar"ındadır və davranışlarına nəzarət edilir. Bunlar, məsələn, koronaviruslar, hemorragik qızdırmalar, Zika virusu, Nipah virusu və bir sıra başqalarıdır. Ancaq mütəxəssislərin diqqətini cəlb etməyən infeksiyalar da var. Faktiki olaraq pandemiya potensialına malik infeksiyalar var, lakin biz onlar haqqında heç nə bilmirik, ya onlar hələ prinsipcə mövcud deyil, ya da inkişaf edir". Onun sözlərinə görə, mütəxəssislər "X xəstəliyi"nin ilk halını müəyyən etdikdən sonra qısa müddət ərzində dərmanın hazırlanmasına və istifadəsinə imkan verəcək mexanizm hazırlamağı planlaşdırırlar: “Zaman lazımdır. Pandemiyanın özünü tam şəkildə göstərməsi üçün kifayət qədər vaxt keçərsə, belə mərhələlərdə onunla mübarizə aparmaq çətindir. Əgər bu vəziyyəti ilkin mərhələlərdə dayandıra bilsələr, o zaman pandemiyadan tamamilə qaçmaq olar. Buna görə də bu konsepsiya hazırlanıb. Bu, bu gün həqiqətən mövcud olan bir növ xəstəlik deyil, bu, pandemiya əleyhinə tədbirləri effektiv planlaşdırmağa imkan verən bir konsepsiyadır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39