Bazar ertəsi, 29 Aprel

Siqaretdən sonra hansı məhsullar BAHALAŞACAQ?

image

Yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.

Bəs yaxın vaxtlatda siqaretdən başqa ərzaq və digər məhsulların da qiymətində artım gözlənilirmi?

Mövzu ilə bağlı iqtisadçı ekspet Natiq Cəfərli danışıb:

"Siqaretin qiymətinin artması aksiz dərəcələrinin artırılması, yəni, vergilərin artırılması ilə bağlıdır. Beləliklə, siqaretin qiymətinin artmasının başqa heç nə ilə əlaqəsi yoxdur.

O ki qaldı ərzaq və digər məhsulların qiymətinin artmasına, burada səbəblər başqa olur. Əsasən ölkənin özünü ərzaqla təmin etməsində ciddi problemlər olmasından baş verir.

Xatırladım ki, ərzaq təminatının cəmi 25 faizi özümüzə məxsusdur, 75 faiz ərzağı əsasən xaricdən alırıq. Xaricdən ciddi asıllığımızın olması qiymətinlərin bahalaşmasına səbəb olur.

Rəsmi məlumatlara görə hazırda ölkədə infilyasiya, qiymət artımı prosesi səngiyib. Amma bir istehlakçı kimi reallıqda hansısa qiymət artımını müşahidə edirik. 
Hər halda, mart ayında hansı proseslərin olacağını gözləyirik. Çünki adətən bu ayda Novruz bayramına yaxın qiymətlər qəpik-qəpik də olsa artmağa başlayır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39