Şənbə, 27 Aprel

Casus qalmaqalı: Rus diplomatlara 72 saat vaxt verildi

image

Bolqarıstan Xarici İşlər Nazirliyi iki rus diplomatın arzuolunmaz şəxs (persona non-qrata) elan edildiyini və onlara ölkədən çıxmaları üçün 72 saat vaxt verildiyini açıqlayıb.

Aftafa.tv xəbər verir ki, Bolqarıstan XİN-in yaydığı açıqlamada rus diplomatların adları və tutduqları vəzifələr qeyd olunmayıb. Nazirlik iki rus diplomatın diplomatik statuslarına zidd fəaliyyətlə məşğul olduqlarını bildirib. Prokurorluq isə diplomatların Bolqarıstanda kəşfiyyat fəaliyyəti həyata keçirdiklərini bəyan edib.

Qərardan sonra Rusiya səfirliyinin yaydığı açıqamada Bolqarıstan səlahiyyətlilərinin hərəkətlərinin əsassız olduğu və Rusiya ilə Bolqarıstan arasında konstruktiv dialoq üçün əlverişli olmadığı ifadə edilib. Səfirlik Rusiyanın qarşılıqlı addım atmaq hüququnu özündə saxladığını bildirib.

Bolqarıstan mətbuatında çıxan xəbərlərdə deportasiya olunan diplomatların səfirliyin birinci katibi Aleksandar Ribkin və ikinci katib Aleksandar Zinkin olduğu qeyd edilib.

Qeyd edək ki, martın 19-da Bolqarıstanda Rusiya hərbi kəşfiyyatı üçün işlədiyi müəyyən olunan 6 nəfərlik casus şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib. Bolqarıstanın Baş prokuroru İvan Geşev keçirdiyi mətbuat konfransında şəbəkəni idarə edən şəxsin Bolqarıstan hərbi kəşfiyyatının keçmiş əməkdaşı olduğunu açıqlayib.

Şəbəkənin pul müqabilində Rusiyanın Sofiyadakı səfirliyi üçün məxfi məlumat topladığı qeyd olunub.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36