Bazar ertəsi, 29 Aprel

Nazirlikdən qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ

image

Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri ortaya çıxır. Klinika əsasən yuxarı tənəffüs yolları infeksiyasına bənzərdir.

Xəbər verilir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Terapevt bildirib ki, xəstəlik öskürək, burun axması, boğaz ağrısı, ümumi halsızlıq, yüksək hərarət, ağızda, yanaqların içərisində kiçik ölçülü boz rəngli ləkələrin əmələ gəlməsi kimi əlamətlərlə başlayır.

“Qızılca üçün gözün işığa həssaslığı da çox xarakterdir. Adətən xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcəyə qədər yüksəlir. Əsas əlamətlərdən olan qırmızı və qəhvəyi səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Səpkilər təxminən 4 gün davam edir. Səpkilər solduqca, insanın qızdırması da aşağı düşür”,- deyə o bildirib.

G.İsmayılova qeyd edib ki, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsində ilk növbədə simptomların aradan qaldırılması, fəsadların qarşısının alınması, yataq rejimi və düzgün qidalanma vacibdir:

"Qızılca çox yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir. Bu xəstəlikdən isə ən effektiv qorunma yolu qızılcaya qarşı peyvəndin vurulmasıdı. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Respublikası Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. uşaqlara qızılca əleyhinə peyvənd 2 dəfə. 1 və 6 yaşında vurulur. Hər hansı bir səbəbdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zaman vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlara isə tez bir zamanda peyvəndin 2-ci dozası vurulmalıdır. Peyvəndin hər iki dozasını vaxtında vurdurmayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Unutmayaq ki, qızılcaya yoluxmanın qarşısının alınmasında ən effektiv yol peyvəndin vurulmasıdır . 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39