Şənbə, 27 Aprel

AZAL Çinin “Hainan Airlines” aviaşirkəti ilə əməkdaşlığa BAŞLAYIB

image

Azərbaycanın milli aviadaşıyıcısı AZAL kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Tərəfdaşlıq həmçinin “Hainan Airlines” müştərilərinə dünyanın müxtəlif şəhərlərinə Bakıdan səyahət etmək üçün AZAL-ın qlobal marşrut şəbəkəsindən istifadə etmək imkanı yaradıb.

“Tərəfdaşlıq sərnişinlər üçün yeni fürsətlər yaradır. Vətəndaşlarımız Bakıdan Çinin və digər ölkələrin şəhərlərinə, eyni zamanda Çindən səyahət edən insanlar Bakı vasitəsilə dünyanın müxtəlif ölkələrinə vahid bilet və daha münasib tariflərlə səyahət edə bilərlər. Hal-hazırda digər Çin aviaşirkətləri ilə də əməkdaşlıqla bağlı müvafiq işlər aparılır”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39