Bazar ertəsi, 29 Aprel

İran rejimini türk qorxusu bürüdü: həbslər artır

image

İran hakimiyyəti indi elə bir vəziyyətə çatıb ki, ancaq öz iqtidarını qorumaq üçün çalışır. 

Bu sözləri güneyli milli fəal İbrahim Mühacir İranda son bir neçə ayda milli fəalların kütləvi şəkildə həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hökumət öz iqtidarına kimi təhlükə hesab edirsə, onu neytrallaşdırmağa çalışır.

İranda say etibarı ilə üstün olan Azərbaycan türklərinin hüquqlarının hər zaman pozulduğunu deyən fəal bildirib ki, insanlarımız bu haqların bərpası üçün mübarizə aparır:

“Yüz ilə yaxındır ki, İranda yaşayan Azərbaycan türkləri öz haqlarından məhrumdur: ana dilində təhsil almaları yasaqdır, mediasının olmasına icazə verilmir, mədəniyyətləri qorunmur, tarixi abidələri dağıdılır. Ərk kimi tarixi bir abidəni məscid tikmək adı ilə dinamit qoyub partladıb dağıtdılar. Bütün bunlar isə narazılıq doğurur. Hakimiyyət türklərin güclənəcəyindən ehtiyat edir”.

O vurğulayıb ki, həbs edilənlərin əksəriyyəti 20 ildən çoxdur fəaliyyət göstərən tanınmış şəxslərdir:

“Onlar ana dili, insan haqları, etniklərin hüquqları uğrunda mübarizə aparırdılar. İranda siyasi fəalların bir-biri ilə dostluq əlaqəsi qurması normaldır. Onların müxtəlif yerlərdə, kafalerdə görüşləri olurdu. Bunların fəaliyyətini rejim təşkilatlanmaq kimi təqdim edib. İranda təşkilat qurmaq qadağandır. Sosial hərəkətlərdən qorxuları var. Tutulan insanların heç bir təşkilatı olmayıb. İnstaqramda “Demokratlar” qrupunun statuslarını paylaşdıqları üçün təhlükəsizlik idarəsi onlara qarşı bu cür ittiham irəli sürüb. Onların arasında Əli Babayi, Yürüş (Ayət) Mehrəlibəyli, Davud Şiri, Məhəmmədrza Müvəhhid, Araz İbrahimnejad, Cavad Sudbər kimi fəallarımız var. Elşən Təbrizi kimi tanınan Miladi Cəlili adlı reperi isə on günə yaxındır həbsə atıblar. Xanım fəal Röya Zakirini başında örtük olmadığı üçün saxlayıblar. Armita Paver də 3 aydır həbs olunub və aclıq aksiyası keçirir.

Məhəmməd Rza Astaralını Astara şəhərinin türklərə aidliyini əsas gətirib, Gilandan alınaraq Ərdəbilə qoşulmalı olduğunu dediyi üçün tutublar.

Aşıq Qafarın oğlu Peyman İbrahimini də gah tutub, gah buraxırlar. O cümlədən, Hadi Quluzadəni tanınmış şairin yas mərasimində “Azərbaycan, başın sağ olsun” yazısı olan plakat qaldırdığına görə həbs edib, döydükdən sonra buraxıblar”.

Milli fəal bu vaxta kimi həbsdə və sürgündə olan fəalların illərdir əziyyət çəkdiyini də diqqətə şatdırıb:

“İranda siyasi fəal olaraq tutulmaq çox təhlükəlidir. Məhbuslar aylarla təkadamlıq kamerada saxlanılır. Təxminən, bir il öncə mən də həbs edilmişdim. Aylar Həqqi adlı tələbənin 40 mərasimində saxlanılmışdım. Məni döydülər, yerlə sürüyüb apardılar, rezin güllə ilə vurdular, bədənimdə indi də izi qalıb. Qolumu sındırdılar. Üz-gözüm qan içində, yaralı bir vəziyyətdə idim. On gündən sonra məni azad etdilər, yaralarım bir aya ancaq sağaldı. Orada qanun yoxdur. İranda həbsdən sağ çıxmaq şansa bağlı məsələdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39