Şənbə, 27 Aprel

Xankəndi Azərbaycanın paytaxtı elan edilsin – Partiya sədrindən təklif

image

“Xankəndiyə köçün tezləşdirilməsi məsələsini biz əvvəldən qaldırmışıq. Ona görə ki, sovetin dövründə Xankəndidə həm azərbaycanlılar, həm də ermənilər olub”.

Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Əslən Qərbi Azərbaycandan olan siyasətçi Xankəndiyə köçlə bağlı fikirlərini bölüşüb:

“1988-ci ildə bizi, qərbi azərbaycanlıları Ermənistandan deportasiya edəndə, bizə qarşı soyqırımı siyasətini yeridəndə demişdik ki, bizi Qarabağa köçürsünlər. Amma bu məsələ həll olunmadı, Əbdürrəhman Vəzirov köçün qarşısını kəsdi. İndi də bu məsələdə gecikirik”.

MMP sədri əmin edib ki, qərbi azərbaycanlılar, o cümlədən Xankəndidə doğulanlar təcili surətdə şəhərə yerləşdirilməlidir:

“Eyni zamanda, bölgədə infrastruktur qurulmalı və işlər başlamalıdır ki, dünya da görsün, Xankəndi işğaldan azad edilib. Orada artıq iri fabrik və zavodlar işə salınmalı, iş yerləri qurulmalı, Bakının yükü azaldıılmalır”.

H. Hacıyev təklif edib ki, Xankəndi Azərbaycanın paytaxtı elan edilsin:

“Bu gün Bakıda elə bir vəziyyət yaranıb ki, şəhərdə maşın əlindən tərpənmək olmur. Bu baxımdan, Xankəndiyə təcili köç olmalı və şəhərin meri təyin olunmalıdır. Prosesi nə qədər gecikdirsək, dünya bir o qədər üstümüzə hücum çəkəcək. Onlar ermənilərin yenidən şəhərə qaytarılmasını tələb edirlər. Sonra 5-10 erməni yığışacaq, yenidən tələb edəcəklər ki, Qarabağa ya müstəqillik, ya da mədəni muxtariyyət verilsin. Biz sülhü və azərbaycanlıların Xankəndidə yerləşməsini təmin edə bilsək, bu, çox böyük qələbə olar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39