Bazar, 28 Aprel

Ermənistanın ən çox qorxduğu xəritə - “Bu əraziləri qaytarmalı olacaq”

image

Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra tam anladılar ki, nə qədər hay-küy salsalar da, Qarabağ Azərbaycan ərazisidir

Ermənistan parlamentinin spikeri Alen Simonyanın 15 günə sülh müqaviləsinin imzalanacağı ilə bağlı açıqlamasını Teleqraf.com-a şərh edən Cümşüd Nuriyev belə deyib.

“Tezliklə sülh müqaviləsi imzalana bilər. Azərbaycan hələ xeyli əvvəldən sülh müqaviləsinin beynəlxalq prinsiplərini ortaya qoyub. Burada əsas olan da bu prinsiplərdir.

Sülh müqaviləsi daha çox Ermənistana lazımdır, nəinki Azərbaycana. Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra tam anladılar ki, nə qədər hay-küy salsalar da, Qarabağ Azərbaycan ərazisidir. Dünya da bu reallığı qəbul etməyə başlayıb. Ermənistan da başa düşməlidir ki, Cənubi Qafqazda yeni reallıq və düzən yaranıb. Bu düzəni də Prezident İlham Əliyev yaradıb. Buna görə də, İlham Əliyevin təklif və tələbləri ilə razılaşmalıdırlar”, - ekspert bildirib.

Cümşüd Nuriyev vurğulayıb ki, adətən müharibələrdə sülh müqaviləsinin şərtlərini qalib dövlət müəyyən edir:

“Ermənistan Azərbaycan ərazilərini İran və Rusiyanın köməyi ilə işğal etməsinə və bizim ərazilərimizdə özünə dövlət qurmasına baxmayaraq, bir qonşu ölkə kimi bizə normal münasibətlər və sakitlik lazımdır.

Sülh müqaviləsi ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasını, daxili işlərə qarışmamağı, qarşılıqlı hörmət və ehtiramı, birgə əməkdaşlığı ehtiva edir. Yəqin ki, bir də nəqliyyat yolları məsələsi orada öz əksini tapacaq. Sərhəd məsələsinin həlli sonraya qalacaq. Bu, sülh müqaviləsi və ya çərçivə sazişində kənar bir sənədlə həll ediləcək. Bu uzun çəkən prosesdir.

Sülh müqaviləsi Ermənistana təcili lazımdır. Azərbaycanın isə elə bir problemi yoxdur. Ermənistan sülh müqaviləsini imzalamasa, ona həm Qərbin təzyiqi artacaq, həm də Rusiyanın. Moskva Paşinyanı devirsə, ya daxildən kimlərsə onu öldürsə, Ermənistan bir dövlət kimi çökəcək. Bunu Paşinyan və digərləri yaxşı başa düşürlər”.

Politoloq erməni spikerin iki ölkə arasında “anklavların qarşılıqlı dəyişdirilməsi” təklifini də şərh edib:

“Ermənistanın bizdə əraziləri və ya anklavları yoxdur. Bircə Gədəbəydə Başkənd var. O vaxt ermənilər oradan çıxıb gediblər.

Qazaxın 7 kəndindən 4-ü anklav deyil, sərhədə bitişikdir. Azərbaycan niyə özünə bitişik kəndi erməniyə verməlidir? Təxminən 600 kvadratkilometrlik ərazidir. Bunu niyə erməniyə verməliyik? Anklavlara gəlincə, Ermənistan bunları qaytarmalıdır, bu məsələ İrəvanla imzalanmış sənədlərdə də əksini tapıb, Başkənd məsələsi isə yoxdur.

Ermənistanın qorxduğu şey Azərbaycanın 1925-ci il xəritəsini tələb etməsidir. Buna görə də tez-tələsik əl-aya düşüblər ki, məsələlər Almatı bəyannaməsi əsasında həll olunmalıdır. Bu bəyannamədir. Azərbaycan SSRİ-nin tərkibinə daxil olanda ərazisi 98-99 min kvadrat kilometr idi. Yəni sonradan Azərbaycan ərazisinin təxminən 13 min kvadratkilometri Ermənistana verildi, həm də qanunsuz yolla. Buna görə də, 1975-ci il xəritəsindən danışırlar. Bunu da 25-ci il xəritəsindən qorxduqları üçün gündəmə gətirirlər. Sərhəd məsələsi müzakirə olunanda, bunlar da müzakirə ediləcək. Bu, Azərbaycan dövlətinin səlahiyyətindədir, biz ancaq fikir söyləyə bilərik. Ermənilər gözəl başa düşürlər ki, Azərbaycanda bu işləri yaxşı bilənlər var”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39