Bazar ertəsi, 29 Aprel

AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb

image

Noyabrın 24-də Azərbaycanın milli aviadaşıyıcısı AZAL unikal aksiya həyata keçirib.

Xəbər verilir ki, aviaşirkət tərəfindən sərnişinlərə 35-dən çox istiqamət üzrə endirimli biletlər təklif olunub.

Biletlərin qiyməti 39 avrodan başlayırdı. Beləliklə, kampaniya geniş ictimaiyyətə Avropa, Asiya və Yaxın Şərq ölkələrinin müxtəlif şəhərlərinə daha münasib qiymətə səyahət etmək imkanı yaratdı.
Ətraflı

Kampaniyanın əsas amili AZAL-ın yenilənmiş mobil tətbiqi idi. Tətbiq biletlərin əldə edilməsi prosesini asanlaşdıran rahat və funksional interfeys ilə təchiz edilib. Kampaniya ərzində mobil tətbiq istifadəçilər arasında böyük marağa səbəb oldu və öz kateqoriyası üzrə proqramlar mağazalarında yükləmə sayına görə ilk sıralarda qərarlaşdı. Tətbiqi https://bit.ly/azal-app linki vasitəsilə yükləmək mümkündür.

Təklif 2024-cü il yanvarın 15-dən martın 6-dək həyata keçirilən uçuşlara şamil edilirdi. Kampaniya zamanı təxminən 28 000 endirimli aviabilet satışa çıxarıldı. Sərnişinlər müxtəlif istiqamətlər, o cümlədən İstanbul, Moskva, Tbilisi, London, Vyana, Barselona, Milan, Praqa və s. kimi istiqamətlər üzrə güzəştli tariflərdən yararlana bildilər.

Gələcəkdə bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi və istiqamətlərin sayının artırılması nəzərdə tutulur. AZAL təhlükəsiz, rahat və yüksək səviyyəli xidmətlər təklif edərək, sərnişinlər üçün yeni imkanlar yaratmağa hədəflənib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39