Fenomen bu videosuna görə yenidən saxlanıldı
Fenomen bu videosuna görə yenidən saxlanıldı
Dilan və Engin Polat cütlüyünün həbsi ilə gündəmə gələn sosial media fenomeni və gözəllik mərkəzlərinin sahibi Banu Parlak sosial media hesablarında silahlı paylaşımlar etdiyinə görə yenidən saxlanılıb.
Xəbər verilir ki, paylaşında fenomenin belində silah olub.
O, silahını əlinə alaraq bu sözləri deyib:
"Mənim ev və maşın kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm”.
Polislər Banu Parlağın evinə baxış zamanı “Glock” markalı sənədsiz silah və 9 ədəd patron ələ keçirib.
Qeyd edək ki, Banu Parlak ədavətdə olduğu Dilan Polat və Engin Polatın həbsindən sonra sevincdən rəqs etdiyi videonu yayımlamışdı. Parlak daha əvvəl kooperativlə bağlı qanunsuzluqlara görə saxlanılıb.
Azadsoz.com