Bazar ertəsi, 29 Aprel

Ermənilər ŞOKDA: 100 min azərbaycanlı Göyçəyə qayıdır

image

“Bakı və İrəvan arasında sülh sazişinə dair ilkin sənəd imzalanacaq və bu sənəddə azərbaycanlı qaçqınların geri qayıdışı öz əksini tapacaq”. 

Xəbər verilir ki, bu sözləri erməni politoloq Armen Bağdasaryan sosial şəbəkə hesabında yazıb. 

Politoloqun fikrincə, bu sənədə əsasən, azərbaycanlılar Sevanda (Göyçə) addım-addım məskunlaşmağa başlayacaq.  

Qeyd edək ki, bu məsələ son günlər sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunur. Xüsusilə, Paşinyan hakimiyyətinə müxalif mövqeyilə seçilən fəallar azərbaycanlıların indiki Ermənistan ərazisində yerləşən ata-baba yurdlarına qayıdacaqları ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətirirlər. Erməni müxaliflər bununla bağlı Bakı ilə İrəvan arasında ilkin razılığın əldə olunduğunu bildirirlər. Onların iddiasına görə, Ermənistana qayıdacaq azərbaycanlıların sayı 100 min nəfərdən çox olacaq. Bu isə Göyçə mahalının tamamilə azərbaycanlılaşdırılması ilə nəticələnəcək. 

Xatırladaq ki, son zamanlar tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə bağlı ikitərəfli danışıqlara tart verilməsi haqqında bir sıra bəyanatlar verilib. O cümlədən noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində hər 2 ölkə arasında sərhədlərin elimitasiyası üzrə Komissiya formatında görüş planlaşdırılır. Bildirilib ki, müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39