Bazar, 28 Aprel

Rəsmi Bakıdan Fransaya cavab - “Yersiz və qəbuledilməzdir”

image

“Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir”.

Xəbər verilir ki, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir:

“Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib Məhkəmənin işlərinə qarışması təəssüf doğurur.

Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı Məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.

Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39