Bazar, 28 Aprel

Peskov: Siyasətimiz “ödənişli müdaxilədən” qorunur

image

Rusiyada xarici agentlərə qarşı kifayət qədər sərt tədbirlər həyata keçirilir, xaricdən pul alanların çoxu siyasətə qarışmağa çalışırdılar.

Xəbər verilir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“O ki qaldı mövcud qanunları pozanlara, xarici agentliklərə qarşı kifayət qədər sərt tədbirlər görülməsinə, bu, cəmiyyətimizi və siyasətimizi kənardan ödənişli müdaxilələrdən qorumaq məqsədi daşıyır”, - o bildirib.

Peskov qeyd edib ki, bu cür kənar müdaxilə ilə necə davranacağını anlayan ilk dövlət ABŞ olub:

“Hələ ötən əsrin 30-cu illərində orada xarici agentlər haqqında kifayət qədər sərt qanun tərtib edilib. Rusiya hüquq-mühafizə orqanlarında təkcə xarici agentlərlə deyil, ümumilikdə cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün iş aparılır. Onlar qatil və təcavüzkarlarla da qətiyyətlə məşğul olur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39