Şənbə, 27 Aprel

Emin Əmrullayev nazir postundan gedir

image

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Məlumatlı mənbədən verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır.

“Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, noyabrın 1-də Gülüstan sarayında keçirilən Təhsil forumunda qalmaqal baş verib. Medianın yazdığına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri tədbirə dəvət olunmaması ilə yanaşı, orada iştirak edən deputatlara qarşı hörmətsiz davranış onların forumu yarımçıq tərk etməsi ilə nəticələnmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39