Bazar ertəsi, 29 Aprel

İranda “yenilik”: Qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək

image

İranda oğlan şagirdlərlə qız şagirdlərin dərsliklərinin məzmunu cinsiyyətlərinə görə fərqli olacaq.

Xəbər verilir ki, bunu İranın təhsil naziri Rza Murad Səhrayi deyib.

“Qız şagirdlərin dərslikləri həya mədəniyyəti əsasında hazırlanacaq”, - o bildirib.

Ölkədə 120 min məktəbin olduğunu deyən nazir islam respublikasının əsasının bu məktəblərdə möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Bu açıqlama insan haqları müdafiəçilərinin sərt reaksiyasına səbəb olub.

Onlar ölkədə dərsliklərin cinsiyyətə görə fərqləndirilməsini “orta əsrlərə sürətli qayıdış” hərəkəti adlandırıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39