Bazar, 28 Aprel

Ermənistan yeni müharibəyə hazırlaşır - Ekspert

image

Ermənistan hakimiyyəti son zamanlar öz davranışları ilə müəyyən şübhələr oyadır. Çünki onlardan gözləntilər tamamilə fərqli idi. Azərbaycan faktiki şəkildə Qarabağ məsələsini həll edib, suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunub. Ancaq Ermənistanla hələ də həll edilməmiş bir neçə məsələ qalır. Bunlardan birincisi sərhədlərin delimitasiya və demarkasiyadır, ikincisi isə daha çox cəmiyyətimizdə “anklavlar məsələsi” kimi tanınan Azərbaycanın eksklavları məsələsidir.

Bu sözləri Azərbaycanın hələ də işğal altında olan 8 kəndi və Ermənistanın kütləvi silahlanması haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Ekspert Ermənistanın sülh danışıqları yerinə silahlanmanı seçməsinin onu fəlakətə sürüklədiyini vurğulayıb:

“Rəsmi İrəvan dəfələrlə ölkəmizin 86,6 min kvadrat kilometr ərazisini tanıdığını bildirib. Bu əraziyə Azərbaycanın eksklavları da daxildir. Lakin söz kifayət etmir, praktiki addım atmaq və sülh müqaviləsi imzalamaq lazımdır. Çünki Paşinyan bəzən öz dediklərinin əleyhinə bəyanatlar verir. İlkin mərhələdə onlar Azərbaycan ərazisinə bitişik dörd kəndi qaytarmaqla xoş niyyətlərini nümayiş etdirə bilərdilər. Daha sonra isə Ermənistanın içərisində qalan digər eksklavlarımız haqqında danışıqları davam etdirmək mümkün idi. Son dövrdə isə Ermənistan sanki bu məsələlərdən qəti şəkildə uzaqlaşıb. Sülh danışıqları ilə bağlı ümumi sözlər işlədilsə də, biz qarşı tərəfin daha çox silahlandığını görürük. Onlar Fransadan HHM sistemləri, bir sıra ölkələrdən radioelektron mübarizə sistemləri, antidron sistemləri, artilleriya qurğuları alırlar. Artıq biz Fransadan göndərilən zirehli texnikanın Ermənistana daxil olduğunu da müşahidə etdik. Əgər istəkləri sülhdürsə, niyə və kimə qarşı silahlanırlar?

Baş verənlər Ermənistanın Azərbaycana qarşı yeni müharibə hazırlığında olduğu şübhələrini yaradır. Bu addımlar heç bir halda sülhə xidmət etmir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39