Bazar, 28 Aprel

Bakı-İrəvan normallaşması: Rusiya XİN-dən açıqlama

image

Azərbaycan, Ermənistan və Rusiyanın üçtərəfli işçi qrupu regionda iqtisadi nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş fəaliyyətini davam etdirir.

Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynayır və bütün Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.

M.Zaxarova qeyd edib ki, 2020-ci ilin payızından bəri üçtərəfli işçi qrupunun 12 iclası keçirilib:

“Bu qrup regional logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmir yolu və avtomobil kommunikasiyaları üzrə optimal layihələrin seçilməsi istiqamətində xeyli iş görüb və bunun sayəsində bütün tərəflər üçün faydalı olan paket həllinə yaxınlaşmaq mümkün olub”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39