Şənbə, 27 Aprel

Paşinyan hakimiyyətindən “Artsax”ın “belini qıran” qərar

image

Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsində Qarabağdan gələn separatçıların “dövlət qurumları”nın saxlanması üçün pul yoxdur və olmayacaq. 

Bunu noyabrın 8-də Ermənistan parlamentin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı komissiyanın rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Öz növbəsində respublikanın maliyyə naziri Vahe Hovhannisyan Ermənistanın dövlət büdcəsinə daxil olan pulların başqa məqsədlər üçün istifadə olunacağını vurğulayıb. “Məsələn, vəsait Qarabağdan gələnlərin pensiya, mənzil və digər sosial problemlərinin həlli üçün istifadə olnacaq”, – nazir izah edib./Publika.az

Qeyd edək ki, Gevorq Papoyanın bu açıqlaması Ermənistan cəmiyyətində Paşinyan hökumətinin mövqeyi kimi qəbul olunub. Sosial şəbəkələrin erməni seqmenti qapılar arxasında qəbul edilmiş və Papoyanın dili ilə ictimailəşdirmiş bu qərarın ciddi fəsadlar törədəcəyini iddia ediblər. Onların fikrincə, Paşinyan iqtidarı bu qərarı ilə “Artsax”ın belini qırmış oldu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39