Bazar ertəsi, 29 Aprel

Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq

image

G7 ölkələri Moskva Ukraynaya təzminat ödəməyə razı olmayana qədər Ukrayna münaqişəsinin başlanğıcında dondurulmuş aktivlərini Rusiyaya qaytarmayacaqlar.

Xəbər verilir ki, bu açıqlama G7 xarici işlər nazirlərinin Tokioda keçirilən iki günlük görüşün yekunları üzrə birgə bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur: “Biz təsdiq edirik ki, hüquqi sistemlərimizə uyğun olaraq, Rusiyanın bizim yurisdiksiyalarımızdakı suveren aktivləri Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq”.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yönəldilməsini nəzərdə tutan qanun qəbul edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu addımın qanunsuz olduğunu bildirib: “Bu, qanunsuzdur, bütün mümkün qaydalara ziddir, bu, əlbəttə ki, ölkəmiz tərəfindən qeyri-müəyyən müddətə mübahisələndiriləcək. Əlbəttə ki, biz cavab tədbirləri üzərində də işləyəcəyik”.

Peskov qeyd edib ki, Rusiya beynəlxalq məhkəmələrə müraciət edərək, dondurulmuş aktivlərə uzun müddət toxunulmamasını təmin edəcək.

Onu da qeyd edək ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş 300 milyard dollar dövlət valyuta ehtiyatının investisiyasından əldə olunan gəlirləri Ukraynaya yönəltmək barədə qərar qəbul edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39