Bazar ertəsi, 29 Aprel

Rayonlarda ət ucuzlaşdı, bəs Bakıda? - “Yanvardan sonra...” 

image

“Bakıda ətin qiymətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşması gözlənilmir”. 

Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib: 

Rayonlarda bu sahədə müəyyən ucuzlaşma müşahidə olunsa da, ekspert paytaxtda bunun mümkün olmayacağını bildirib. Onun sözlərinə görə, ət və ət məhsullarına tələb artdıqca qiymətin aşağı düşməsindən söz gedə bilməz: 

“Regionlarda ətin qiymətinin ucuzlaşmasının Bakıya təsir etməsi üçün zamana ehtiyac var. Əgər sözügedən proses məhsul bolluğu ilə paralel olaraq baş verəcəksə, o zaman ucuzlqşmanın paytaxt bazarlarına da təsir etməsi gözləniləndir. 

Burada daha bir önəmli detal var. Qarşıdan yeni il bayramı gəlir. Hətta ən kasıb insanlar da bayram süfrəsində ət olmasını istəyirlər. Bu səbəbdən təlabatın artacağı qaçılmazdır. Tələb artdıqca isə qiymət də öz növbəsində bahalaşır. 

Həmin amilləri nəzərə alsaq, yaxın müddətdə regionlardakı ucuzlaşmanın paytaxta təsiri etməsi ehtimalı olduqca azdır. Yanvar ayından sonra dəyişiklik hiss oluna bilər, lakin o da nəzərəçarpacaq dərəcədə müşahidə olunmayacaq”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39