Azərbaycanla ticarət artıb - Rusiya gömrüyü
Azərbaycanla ticarət artıb - Rusiya gömrüyü
Rusiya ticarəti şərqə və cənuba istiqamətlənib.
Xəbər verilir ki, bunu Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Ruslan Davıdov bildirib.
Gömrük prosedurlarının sadələşdiriləcəyi perspektivli sahələr arasında o, Azərbaycan, İran və Özbəkistanın adını çəkir.
R. Davıdovun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-logistika dəhlizləri formalaşıb və onlar üzrə yük dövriyyəsi 20-35% artıb.
Azadsoz.com