Bazar ertəsi, 29 Aprel

Qarabağdan gedən ermənilər niyə qayıtmaq istəmir?

image

“35 il ərzində davam edən Qarabağ münaqişəsi zamanı hər iki xalqa qarşılıqlı nifrət aşılanmışdılar. Yəni Azərbaycanda ermənilərə, Ermənistan və Qarabağda isə azərbaycanlılara nifrət var idi”. 

Bu sözləri açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Qarabağdan köçən ermənilərin Azərbaycanın “geri qayıdın” təkliflərinə müsbət mesaj verməməsinin tarixi səbəblərini izah edib. 

Z.Əlizadə xatırladıb ki, müharibə vaxtı azərbaycanlılara qarşı xeyli hərbi cinayətlər, talanlar törədilmişdi: 

“Ermənistanda Masis və Quqarkda, eləcə də Dağlıq Qarabağda azərbaycanlılara qarşı vəhşiliklər törətmişdilər. Ona görə də hər iki xalq bir-birindən qorxur, nifrət edir və inanmır. Eyni zamanda işğal vaxtında heç bir tərəf barış potensialından istifadə etmirdi. Məhz bunun üçün də hər iki ölkədə barışığın tərəfdarı olan adamlara maneçilik törədib onları xain adlandırırdılar”. 

“Beləliklə də, elə bir vəziyyət yarandı ki, indi nə erməni xalqı bizə, nə də biz ermənilərə inanırıq. Belə şəraitdə də müharibədən mənfəət götürən böyük dövlətlər və qüvvələr regionda at çapıb öz istəklərinə nail olur, münaqişənin vaxtını uzadırdılar. Müharibədən sonra Qarabağ erməniləri arasında qıtlıq yaranmışdı. Lakin buna baxmayaraq, Qarabağdakı terrorçu xunta sıravi ermənilərə Azərbaycandan ərzaq almağa mane olurdu. Qarabağ erməniləri hədsiz qorxu içərisində idilər və belə bir şəraitdə onların rəhbərləri əmr etdilər ki, köçürük. Ona görə də hamı panikaya düşüb qaçdı getdi”, - o, əlavə edib. 

“İndi Azərbaycan təklif edir ki, geri qayıda bilərsiniz. Lakin bu təklif ermənilər üçün inandırıcı səslənmir. Bildiyimə görə, 5-6 min Qarabağ ermənisi Rusiyada qohumlarının yanına köçüb, qalanları da Ermənistana gedib. Ermənistan hökuməti də Qarabağa ayrılan pulların hesabına onlara şərait yaradıb Ermənistanda yaşadacaq”, - fikirlərini bölüşüb. 

Siyasi təhlilçiyə görə, bu gün Azərbaycana qarşı ittihamlar səslənir:

“Çünki dünyada ermənilərin havadarları çoxldur. Buna görə də onlar həqiqəti görmək istəməyib Azərbaycana deyirlər ki, biz guya erməniləri etnik təmizləməyə məruz qoymuşuq. Fransa və digər dövlətlər də istəyirlər ki, beynəlxalq təşkilatlardan Azərbaycana qarşı istifadə etsinlər. Hazırda Nikol Paşinyan seçim qarşısındadır. O, ya daşı ətəyindən töküb düşmənçiliyə son qoymalıdır, hansı ki, onda Ermənistanın gələcək imkanları genişlənəcək, ya da ki, mövcud münaqişəni davam etdirməlidir ki, bununla da Ermənistan kölə olmağa davam edəcək”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55