Bazar, 28 Aprel

Türkiyə hakimiyyəti HƏMAS liderini ölkədən qovub? - AÇIQLAMA

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS lideri və yüksək rütbəli rəsmilərə Türkiyəni dərhal tərk etmələri barədə göstəriş verməsi ilə bağlı iddialar təkzib edilib.

Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Məlumatda “Əsassız iddialara inanmayın” ifadəsi işlədilib.
xxx

19:15

Türkiyə hakimiyyəti Fələstin-İsrail münaqişəsi başlayan gün İstanbulda olan Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni ölkədən qovub.

Xəbər verilir ki, Fələstin hərəkatının lideri sosial şəbəkələrdə İsrailin hücumları ilə bağlı xəbərlərə baxarkən HƏMAS-ın digər liderləri ilə birlikdə diz çökərək “şükür duası” qıldığı videonun yayılmasından sonra Türkiyəni tərk etməsi tələb olunub.

Mətbuatın yazdığına görə, Ankara Haniyənin Türkiyədə yaşayan müavini Salah əl-Arurinin açıqlamalarından da qəzəblənib. O, “Əl-Cəzzə” telekanalına müsahibəsində bildirib ki, HƏMAS Təl-Əvivi fələstinli məhbusları azad etməyə məcbur edəcək qədər israilli ələ keçirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haniyə ilə telefon danışığı aparıb və Ankaranın öz ərazisində yaralı fələstinlilərə yardım edəcəyini bildirib. Türkiyə liderinin sözlərinə görə, humanitar yardımın döyüşlərin getdiyi Qəzza zolağına çatması üçün hər cür səy göstərilir. Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə regionda atəşkəsin tərəfdarıdır və davamlı sülh ideyalarını beynəlxalq arenada müdafiə etməyə davam edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39