Bazar ertəsi, 29 Aprel

88 yaşlı kişi gəlinini buna görə öldürüb - YENİ DETALLAR

image

Dünən səhər saatlarında 88 yaşlı Yaşar Dadaşovun yaşadığı Mərdəkan qəsəbəsində gəlini Gülnarə Dadaşovanı qətlə yetirməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Xəbər verilir ki, Y.Dadaşov ilkin ifadəsində oğlunun 57 yaşlı həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirdiyini deyib.

O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.

Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Lakin tibbi yardım göstərildikdən sonra 88 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39