Bazar ertəsi, 29 Aprel

Azərbaycanda təyyarə biletləri ucuzlaşacaq - Deputat açıqladı 

image

Bir neçə gün əvvəl Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirə olunub. Hökumət nümayəndəi deyib ki, yeni qanun əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. 

Müzakirələr zamanı deputat və hökumət rəsmiləri təyyarə biletlərinin qiyməti barədə öz fikirlərini təqdim ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov AZAL şirkətində qiymətlərin niyə baha olmasını belə izah edib: "Birincisi AZAL güzəştli yanacaq almır. Bəziləri düşününür ki, biz güzəştli yanacaq alırıq, bu, belə deyil. Artıq iki ildir ki, biz dünya standartlarına uyğun oalraq yanacaq alırıq. Digər tərəfdən qiymətlərə təsir edən xidmət haqqıdır. Personal, texniki və s. məsələlər buna daxildir. Eyni zamanda bu il dövlət büdcəsindən AZAL-a daxilolma olmayıb. AZAL artıq öz gəlirləri hesabına xərclərini qarşılayır deyə bilərik". Buna baxmayaraq, nazir müavini qiymətlərin dəyişməz olmadığını və bunun üzərində iş getdiyini bildirib. 

Yeni qanun plenar iclasa tövsiyə olunub. Qanunun qəbul edilməsindən sonra aviasiya sahəsində bəzi dəyişikliklərin olacağı gözlənilir. Ehtimal edir ki, yeni qanunun qəbulu AZAL şirkətinin rəhbərliyində edilən dəyişikliklərlə başlayan prosesin məntiqi davamıdır.

Ümumilikdə, aviasiya sahəsində edilən dəyişikliklər uzun müddətdir narazılıqlara səbəb olan təyyarə biletlərinin ucuzlaşmasına səbəb olacaqmı? 

Milli Məclisin deputatı Rüfət Quliyev açıqlamasında yeni qanunun vacib olduğunu vurğulayıb:

“Ən əsası onu qeyd etmək lazımdır ki, yeni qanun qəbul olunması dünya standartlarında aviatəhlükəsizlik üçün labüddür. Biletlərin baha olmasını bütün deputatlar dilə gətirdi, qeyd etdilər. Nazirliyin rəhbərliyi dedi ki, onlar tərəfdaşlar axtarırlar ki, "lou-koster"lər gəlib müqavilələr bağlasınlar. Burada tələb, təklif, rəqabət prinsipləri işləsə, təklif çox olsa, təbii ki, biletlərin də qiymətləri aşağı düşməlidir".

Rüfət Quliyev hökumət rəsmisinin deputatlara qiymətlərin aşağı düşəcəyini vəd etdiyini bildirib.

"Hər halda bizə vədlər verildi ki, biletlərin qiymətlərində kifayət qədər azalmalar olacaq. Necə olacağını diqqətdə saxlayırıq, maraqlanırıq. Bəzi məqamlar da var. Mən özüm də biletlərlə əlaqəli fikirlərimi bildirdim. Bu yaxınlarda “Utair” ilə Bakı-Sankt-Peterburq-Bakı reysi ilə uçmuşam. Beynəlxalq qurum və standartlarla münasibətlərin daha sıx olması, ekspertlərin dəvət olunması, oradakı təhlükəsizliklə əlaqədar işlərin daha da sürətlə aparılması vacib məqamdır”.

İqtisadçı ekspert Natiq Cəfərli yeni qanunun qəbulunun dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb:

“Ümumiyyətlə aviasiya ilə bağlı yeni qanunvericilik aktının qəbulu özlüyündə pozitivdir. Çünki müəyyən məsələlərin həllində yardımçı ola bilər. Ən azından hava daşımaçılığının liberallaşmasına, xarici aviaşirkətlərin ölkəyə daxil olmasını daha da asanlaşadıra bilər. Amma özlüyündə bu bütün problemləri həll edəcəkmi? Açığı, mən belə düşünmürəm. Çünki bu problemlərin həlli bir tək qanunla mümkün deyil. AZAL-la bağlı daha ciddi məsələlər var ki, həll  olunmalıdır. İdarəetmənin şəffaflığından, yerüstü xidmətlərin kənar şirkətlərə verilməsinə qədər bir çox məsələlər öz həllini tapmalıdır. Bu məsələlər öz həllini taparsa, AZAL şirkətinə ciddi rəqabət yaranarsa, o zaman pozitiv dəyişikliklərin olması ehtimalları artacaq”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39