Şənbə, 27 Aprel

HƏMAS-İsrail müharibəsinin DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - APOKALİPSİS

image

Yaxın Şərqdə baş verənlər dünyanın diqqət mərkəzindədir. Siyasi təhlilçilər isə  münaqişənin tarixini araşdırıb ərəblərlə yəhudilər arasında yaranan qarşıdurmanı müxtəlif aspektlərdən analiz edirlər. Əksər siyasi ekspertlər hesab edirlər ki, uzun illərdir davam edən qanlı münaqişənin kökündə “Böyük İsrail” ideologiyası dayanır. Bəziləri isə sadəcə buna “Yəhudi-Müsəlman” konflikti kimi yanaşırlar.

Mövzunu şərh edən konfliktoloq Elman Vəliyev məsələyə üç aspektdən yanaşır: “Birinci, yəhudilər haqqında danışan hər kəs sionizmin mahiyyətindən xəbərdar olmalı, “hər şey böyük İsrail dövləti üçün” ifadəsini də azdan-çoxdan bilməlidir: “Yəhudi etnik qrupu ən qədim entoslardandır. Onların əksəriyyəti Tövratla (yəhudilərin səmavi kitabı) bərabər Kabala adlandırdıqları ezoterik bir düşüncə tərəfdarıdırlar. Bu düşüncə tərəfdarlarına görə Beni-İsrail, yəni İsrail oğulları Həvva ilə Şeytandan gələnlərdir. Onlar hz. Adəmi ilk insan kimi qəbul etmir, ilk yəhudi kimi Qabili görürlər. Qabil və Habil də Adəm və Həvvanın övladları idi. Qabil nəfsi üçün Habili qətlə yetirmişdi. Bu ezoterik yanaşmada yəhudi kəsimi özlərini ən üstün irq, qalan insanları (dili, dini, irqi fərq etməz) isə onlara xidməti edən “Qoyim” kimi görürlər.

Yəhudilərə görə müqəddəs torpaqlar, vəd edilmiş torpaqlar, Kənan torpaqları məhz Fələtin ərazisidir. Qüds onlar üçün hökmranlıq mərkəzidir. Bu amillərə görə, İsrail dövlətini Almaniyada, Rusiyada, Amerikada, indiki Türkiyə ərazisində, Körfəzdə, Afrikada qurmadılar. Yəhudi milləti dünyanın ən ağıllı qövmüdür. Tarixən güclü dövlətləri-Britaniyanı, Almaniyanı, Amerikanı öz maraqları üçün istifadə etdilər. Təbii ki, buna səbəb böyük maliyyə “baba”ları olduqları avantajı idi.

İkinci məsələ Böyük İsraillə bağlıdır. Yəhudilər bu ifadəni işlədəndə Qüds və ətrafını nəzərdə tutmurlar. Onlara görə Böyük İsrail dünyanın hər bir yerinə kök atan, hər yerə əli çata bilən ümumi bir anlayışdır. Amma əsas mərkəz Fələstindir. Bu dövlətin təməli XIX əsrin sonlarında atılacaqdı, amma bir şəxs orataya çıxdı və bunlara maneə oldu. Həmin şəxs 113-cü İslam xəlifəsi Sultan II Əbdüləmid idi. Yəhudilər bu günkü İsrail dövlətinin atası kimi Teoder Herzli görürlər. Herz anlamışdı ki, Osmanlı yıxılmasa, İsrail qurula bilməz. Osmanlının yıxılması üçün isə Əbdülhəmidin yıxılması lazımdır. Bunun üçün isə “Gənc Türklər” proyekti cızıldı və nəhayət, bacardılar.

Üçüncü amil Amerika ilə bağlıdır. Bu günkü ABŞ əslində sionistlərin idarəsindədir. Daha doğrusu, sionist milyarder ailələrin iradəsinə tabedir.

Müharibə ən yaxşı gəlir sahəsidir. İndi bu müharibədə hər iki tərəfə iri həcmdə silah satılacaq. Nəticədə qazanan silah tüccarları olacaq.

Xəritə masanın üzərinə qoyulur və proyekt cızılır. Əvvəlcə xəritə üzərində, yəni pərdəarxasında plan qurulur, sonra oflayn şəkildə icra edilir.

Plan: İsrail Həmasa boşluq buraxılmış düşüncəsi yeridəcək. Yəni guya Mossadın xəbəri yoxdur və Həmas ani hücumlar edib. Bu plan tutan kimi, İsrail artıq bunu əlində bayraq edəcək və dünyaya hücuma məruz qalan tərəf imici yayacaq. Məntiqi ardıcıllıqla cavab vermək hüququnu özündə cəm etdiyi üçün əvvəlcədən qurulmuş ssenarinin icrasına başlanılacaq. Maraqlı sual ortaya çıxır. Həmas bir o qədər axmaqdır ki, məhv olacağını bilə-bilə hücum edir? Əlbəttə ki, İsrail burnunun ucunda olan Həmasın, Hizbullahın atdığı hər addımdan xəbərdardır. Onlar bilməmiş deyillər ki, Fələstin lideri Mahmud Abbas belə Mossadın, CİAnın proyektidir. Yoxsa plana mane olmasın deyə öncə onu aradan götürərdilər. Bəs Hizbullah? O bir az fərqli amildir. Bölgədə İranın ən sağlam qoludur. Quru əməliyyatında, partizan əməliyyatında Taliban qədər təcrübəyə malik professional adamlardır. İsrail bu amilləri nəzərə alaraq Livana quru əməliyyatı edə bilmir.

Planın ana hədəfi nə idi bəs?

Xəritədə qələmlə bütöv bir bölgəni xətləmişəm. Bir hissə Türkiyə sərhədlərinə, bir hissə, İran sərhədlərinə, bir hissə Misir sərhədlərinə uzanır. Böyük İsrailin məkan olaraq ilkləri bunlardır. Bura Livan da, Suriya da, İraq da, İordaniya da daxildir. Əgər bunları bacarsa, sonra İranla birbaşa quru sərhədlər yaranır.

Bu xəritə reallaşdıqdan sonra bölgənin sahibi də, petrolun sahibi də, İsrail və Amerika olmurmu!? Buna can atmağa dəyməzmi, bunum uğrunda qətliamlar törətməyə dəyməzmi (onların düşüncəsi ilə)!?

Səudiyyə nefti zatən Amerikanın təsiri altındadır.

Amma ən böyük problem Türkiyədir. Bildiyiniz kimi, Türkiyə ilə Liviya arasında dəniz anlaşması var. Bu anlaşma İsrailin Avropaya nəqliyyatını bağlayır. Yəni İsrail Livanı da, Suriyanı da, Qəzzanı da ələ keçirsə, yenə də Avropaya Aralıq dənizi üzərindən gedə bilmir. Gərək Türkiyə razılıq verə.

Üzdə düşmən kimi görünmələrinə baxmayaraq, İran da Amerikanın əlaltısıdır. İranlıların bir radikal şiə inancı var, xüsusilə onlarda olan “Kərbala”, İmam Hüseyn düşüncəsi İsrail üçün bir təhlükə səbəbidir. Bunu belə izah edim. Məsələn, tutaq ki, İbrahim Rəisi Amerika casusudur. Müəyyən məqsədlər üçün, müəyyən yollarla hakimiyyətə gətirilib. Bu amil şiə kəsimini İmam Hüseyn düşüncəsindən, “kafirlərə ölüm” şüarından vaz keçirə bilməz!

İsrail bu xəritəni reallaşdıra biləcəkmi? Qarşısında tək maneə Hizbullah və Suriya ola bilər. İordaniyanın müqavimət göstərməyə elə də gücü yoxdur. Suriya isə paramparça edilib. Kreml də Əsədi asan qurban verənə oxşamır. Əminəm ki, planın ikinci, üçüncü hissəsi var. Yəni onlar üçün də ayrı bir gedişlər düşünülüb”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39