Bazar ertəsi, 29 Aprel

Sərvəti artan Ceff Bezos ikinci oldu

image

“Amazon.com Inc” kompaniyasının qurucusu Ceff Bezos “LVMH Moet Hennessy Louis Vuitton” kompaniyasının rəhbəri Bernar Arnonu qabaqlayaraq Bloomberg agentliyinin dünyanın ən varlı insanları siyahısında ikinci yerdə qərarlaşıb.

Xəbər verilir ki, “Amazon” səhmlərinin bahalaşması nəticəsində Ceff Bezosun sərvəti ilin əvvəlindən bəri 49,3 milyard dollar artaraq 156 milyard dollara çatıb. 2023-cü ildə 6,95 milyard dollar itirən Bernar Arnonun varidatı isə 155 milyard dollara enib.

“Bloomberg Billionaires Index” versiyasına görə, dünyanın ən varlı insanı “Tesla” kompaniyasının rəhbəri İlon Maskdır. O, sərvəti 200 milyard dollardan çox olan yeganə insandır. 52 yaşlı biznesmenin varidatı ilin əvvəlindən bəri 96,8 milyard dollar artıb. Hazırda onun sərvəti 234 milyard dollar həcmində qiymətləndirilir.

Qeyd edək ki, “Tesla” kompaniyasının səhmləri ilin əvvəlindən bu yana 106 faiz, “Amazon”un səhmləri 58 faiz bahalaşıb, LVMH kompaniyasının kapitallaşması isə 2,1 faiz aşağı düşüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39