Bazar, 28 Aprel

Rubl dəyər itirdi - Putin bu addımı atmağa MƏCBUR OLDU

image

Rusiya prezidenti Vladimir Putin rublun ucuzlaşması ilə əlaqədar ölkədə əsas ixracatçılara xarici valyuta satmaq öhdəliyini yenidən tətbiq edib.

Xəbər verilir ki, Rusiya hökumətindən verilən açıqlamada Putinin bəzi Rusiya ixracat şirkətləri üçün fərman imzaladığı bildirilib.

Müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Rusiyanın Baş nazirinin birinci müavini Andrey Belousov qeyd edib ki, bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırmaq, həmçinin valyuta spekulyasiyası imkanlarını azaltmaqdır.

Qeyd edək ki, Ukrayna müharibəsindən bir müddət sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi ləğv edilib. Lakin bu il rublun dollar qarşısında dəyərini 25 faizdən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.

Rusiya prezidenti Vladimir Putin ötən ay verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya "məhdud" şəkildə qaytardığına diqqət çəkib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39