Bazar ertəsi, 29 Aprel

Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu - ŞOK TƏFƏRRÜAT

image

Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Fərhad Abuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Xəbər verilir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

İttihama görə, hadisə bu il iyunun 8-də, Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Kəmalə Mikayılova qəsəbənin Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib.

Müəyyən edilib ki, Kəmalə Mikayılova sevgilisi tərəfindən öldürülüb.

Qadının Rusiyada işləyən əri iyunun 7-də Bakıya qayıdacaqmış. Bu səbəbdən Kəmalə və sevgilisi Fərhad Abuşov evdə mübahisə ediblər. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.

Fərhad Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib.

Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb.

Fərhad Abuşov saxlanılaraq 8-ci polis bölməsinə aparılıb.

İstintaq orqanı tərəfindən Fərhad Abuşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39