Bazar, 28 Aprel

Bu yolda hərəkət istiqaməti dəyişdirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

image

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Xəbər verilir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlayıb.

Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.

Qeyd edək ki, NİİM tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39