Bazar, 28 Aprel

Türkiyə gözləmə mövqeyində - İsraildə var, İran da əldə etsə...

image

CNN telekanalının məlumatına görə, ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa edib. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Maraqlıdır ki, ABŞ, Rusiya və Çin yeni nüvə sınaqları barədə məlumat yaymayıb. Belə olan halda yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?

Xəbər verilir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, peyk vasitəsilə çəkilən yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb:

“Bura Rusiyanın Novaya Zemlya regionu, Çinin Sincan-Uyğur bölgəsi, ABŞ-ın Nevada ştatı daxildir. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı görünür. Bu o deməkdir ki, bu üç ölkə bir-birinə inanmır və nüvə arsenallarını artırır, yeni poliqonlar tikir. Halbuki keçmiş SSRİ-də sonuncu nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə bu silahdan istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər. Təsadüfi deyil ki, Rusiya müdafiə naziri Sergey Şoyqu avqustda Novaya Zemlya ərazisindəki nüvə poliqonuna səfər edib. Şoyqu nüvə arsenalının mövcud vəziyyətini öyrənmək və Qərbə mesaj göndərmək üçün ora gedib.

Həmin poliqon 1954-cü ildə inşa olunub. Bu ərazidə 1990-cı ilə qədər 100-dən çox nüvə sınağı keçirilib. Çin isə Tayvan adasını ələ keçirməyə çalışır və ABŞ-la müharibə başlayarsa, nüvə silahından istifadə barədə düşünəcək”.

Təhlildə vurğulanır ki, nüvə dövlətlərinin sayı getdikcə artır:

“Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan edib. Yaxın Şərqdə İsrailin nüvə silahı var, İran əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da əldə edəcək. Bu durumda ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirmək qərarı verib. Halbuki bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar. Ancaq buna inanan azdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39